İspaniyalı Pedro de la Rosa BMW Sauber komandası ilə müqavilə bağladıqdan sonra sürücülərin həmkarlar ittifaqının həmsədri vəzifəsindən getmək istəyir. Bununla bağlı GPDA üzvləri Bəhreyn Qran Prisində cümə günü bir araya gələrək kolleqalarının qərarına münasibət bildirəcəklər.
De la Rosa vəzifədən getmək azrusunu boş vaxtının azlığı ilə izah edib, o bu məsələni digər iki həmsədrlə (Fernando Alonso və Mark Uebber) müzakirə edib və indi məsələni səsverməyə çıxarmaq istəyir.
Pedro de la Rosa: “Biz qərara aldıq ki, Bəhreyndə cümə günü axşam toplaşmalıyıq. Biz GPDA üzvlərində nə istədiklərini soruşacayıq. Mən istərdim ki, həmsədr vəzifəsini başqa birisi icra etsin.
Ümumiyyətlə, sədrin Qran Prinin gedişində işi çox olur, ona görə də bu vəzifəni test və ya ehtiyat sürücülərdən biri cira etsə daha yaxşı olar – Nik Haydfeld ən yaxşı namizəddir. Əvvəllər mən uik-end ərzində Fernando və Markın işini xeyli yüngülləşdirirdim, Nik təcrübəlidir və ağıllıdır. GPDA bu məsələyə öz münasibətini bildirməlidir.”