Berni Ekklstoun komandalarla gələn ilin təqviminin müzakirəsini davam etdirir, Britaniyanın Autosport saytının jurnalistləri təqvimin ilkin versiyasını əldə ediblər. Avstraliya Qran Prisinin daha gec start alması üzündən yarış yay vaxtına keçdikdən sonra baş tutacaq, ona görə də mövsüm Bəhreyndən başlayacaq. Mpnreal yarışı iyunun əvvəlində start alacaq, Çin Qran Prisinin tarixi hələ dəqiqləşdirilməyib, çox güman ki, Şanxay yarışı Sinqapurdan sonra keçiriləcək.
Valensiya yarışının da titulu müəyyən edilməyib, əgər Doninqton Böyük Britaniya Qran Prisini qəbul etməyə hazır olmasa, onda Silverstounda Avropa Qran Prisi, Valensiyada isə Aralıq Dənizi Qran Prisi keçiriləcək.
Komandalar təqvimi dəstələdikdən sonra onu FİA-nın Ümumdünya Şurası müzakirə edəcək. Təqvimin ilk rəsmi vaersiyası oktyabrda dərc olunmalıdır…
Gələn mövsüm təqviminin ilkin versiyası:
1. 14 mart – Bəhreyn Qran Prisi (Saxir)
2. 28 mart – Avstraliya Qran Prisi (Melburn)
3. 4 aprel – Malayziya Qran Prisi (Sepanq)
4. 25 aprel – Türkiyə Qran Prisi (İstanbul)
5. 9 may – İspaniya Qran Prisi (Barselona)
6. 23 may – Monako Qran Prisi (Monte Karlo)
7. 6 iyun – Kanada Qran Prisi (Monreal)
8. 27 iyun – Avropa Qran Prisi (Valensiya)*
9. 11 iyul – B.Britaniya Qran Prisi (Doninqton)*
10. 25 iyul – Almaniya Qran Prisi (Hokkenhaym)
11. 1 avqust – Macarıstan Qran Prisi (Hunqarorinq)
12. 22 avqust – Belçika Qran Prisi (Spa)
13. 5 sentyabr – İtaliya Qran Prisi (Monsa)
14. 19 sentyabr – Sinqapur Qran Prisi (Sinqapur)
15. 3 oktyabr – Çin Qran Prisi (Şanxay)*
16. 10 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
17. 24 oktyabr – Braziliya Qran Prisi (İnterlaqos)
18. 7 noyabr – Abu Dabi Qran Prisi (Abu Dabi)