Gələn il N.Rosberq hansı komandada olacaq?

Niko Rosberqin Williams komandası ilə müqaviləsi bu ilin sonunda qurtarır və bir çox komandalar 24 yaşlı gənc alman sürücüyə maraq […]

Niko Rosberqin Williams komandası ilə müqaviləsi bu ilin sonunda qurtarır və bir çox komandalar 24 yaşlı gənc alman sürücüyə maraq göstərirlər. Almaniyada dərc olunan Auto Moto und Sport yazır ki, Rosberq çətin seçim qarşısındadır, axı gələn il o BMW, McLaren və ya Brawn GP-nin formasını geyinə bilər. Bu maraq tam başadüşüləndir: sadəcə sonuncu yarışı xatırlamaq kifayətdir – Nürburqrinqdə Niko 15-ci yerdən start alsa da finişdə 4-cü olmuşdu, amma əgər onun maşınının yanacaq sistemində problemlər əmələ gəlməsəydi, alman sürücü mövsümdə ilk podiumunu da qazana bilərdi.

Əlbəttə, Williams sürücüsünü komandada saxlamaq istəyir, amam sürücü bütün mümkün variantları öyrənir. Belə variantlardan biri McLaren-dir, Rosberq hələ 2008-ci il mövsümü ərəfəsində bu komanda ilə danışıqlar aparmışdı. Amma məlumdur ki, bu komanda əsas üstünlüyü Lyuis Həmiltona verir və belə bir fakt Nikonu qane edəcəkmi? Niko özü müsahibələrinin birində BMW Sauber-i ən yaxşı variant adlandırmışdı…

Amma alman sürücünün inkişafını Ross Braun da diqqətlə izləyir. Əgər Brawn GP deyinkən Rubens Barrikello ilə müqaviləsini uzatmasa, onda Censon Battonun yeni komanda yoldaşı Rosberq ola bilər. Williams komandasında boşalmış yeri isə elə həmin Barrikello və ya Kovalaynen tuta bilər, komandanın gənc test sürücüsü Niko Hülkenberq də bu yerə real namizəd sayıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*