Force İndia komandası yeni maşınını internetdə təqdim etməyi qərara alıb: yeni VJM04 fevralın 8-də Qrinviç vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 18:00) komandanın rəsmi saytında on-layn təqdim olunacaq.
Vicey Malyanın komandası McLaren və Marussia Virgin komandaları kimi yeni maşınını mövsümöncəsi testlərin Xeresdə keçiriləcək ikinci seriyasında trasa çıxarmaq fikrindədir – Valensiya testlərində komandanın sürücüləri keçənilki VJM03 şassisində yeni Pirelli təkərlərinin davranışını öyrəniblər.
Komanda həm də elan edib ki, McLaren komandası və Mercedes şirkəti ilə müqavilələrini 2012-ci ilin sonuna qədər uzadıb. Bu isə o deməkdir ki, ən azı daha iki mövsüm komanda McLaren Applied Technologies şirkətinin hazırladığı ötürmələr qutusu və hidravilk sistemdən, Mercedes-Benz şirkətinin hazırladığı motordan yararlanacaq.