Dünən Ferrari mövsümdə sıralanma turlarında göstərdiyi ən yaxşı nəticəni bu gün yarışda ən yaxşı nəticəyə çevirə bilib. Mövsümün əvvəlindən ilk dəfə qırmızı maşınlar yalnız çempionatın liderlərinə uduzublar, Felipe Massa isə yarışda ən sürətli dövrəyə imza atsa da, finişdə komanda yoldaşına uduzub…
Felipe Massa: “Mən görülən işdən çox razıyam. Maşın artıq rəqabətədavamlıdır, biz düzgün yoldayıq və tezliklə qələbə uğrunda mübarizəyə qayıtmaq ümidindəyik. Startdan sonra mən Fettelin arxasında çox vaxt itirdim, sonra şikananı səhv keçdiyim üçün onu irəli buraxarkən Rosberqi də buraxdım. Amma Fettel pitə getdikdən sonra biz Rosberqlə yüksək temp nümayiş etdirdik və ilk pit-stopdan sonra mən onu qabaqlaya bildim. İkinci hissədə də mənim sürətim yüksək idi, amma bəxtim gətirmədi, Censon Batton pit-stopdan trasa düz mənim qabağışmda qayıtdı, ona görə də mən sürətimi aşağı salmalı oldum. Amma Kimini keçə bilərdim, çünki mən ikinci pitə ondan üç dövrə sonra girdim və bu üstünlüyümü reallaşdıra bilmədim.
Bərk təkərlərlə start ən yaxşıs eçim idi – hələlik Brawn GP maşınları ilə müqayisədə asfalta yatma qüvvəsinin çatışmazlığı hiss olunur və hələlik bizim çempionatın ikinci komandası olmağımızı söyləmək çox tezdir. Komanda işini davam etdirir, mən əminəm ki, tezliklə yaxşı nəticələr görəcəyik.”