Felipe Massa Braziliya yarışının finişində dama-dama bayrağı yelləyəcək. Budapeşt qəzasının ağır fəsadları nəticəsində 2002-ci ildən bəri ilk dəfə olaraq braziliyalı sürücü ev Qran Prisinin startına çıxa bilməyəcək – bu trasda iki qələbə qazanan Massa yarışa baxmağa gələcək və qalibi finişdə salamlayacaq.
Bu trasda 2002-ci ildə dama-dama bayrağı Pele yelləmişdi, 2004-cü ildə isə bunu model Jizel Bundhen etmişdi, keçən il Lyuis Həmilton və Felipe Massanın ataları razılaşmışdılar ki, onlardan hər biri oğlunun zəfərini salamlayacaq, amma yarış çox əsəbi alınmışdı…