FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında 2013-cü ildən qüvvəyə minəcək texniki reqlament təsdiq edilib.
FİA-nın yaydığı mətbuat relizində aşağıdakı yeniliklərdən xəbər verilib:
– Maşınlara 1.6 litr tutumu olan dördsilindirli motorlar qoyulacaq, motorların püskürmə təzyiqi 500 bar, dirsəkli valın dəqiqədə dövriyyə sayı 12 min olmalıdır, maşınlarda enerjinin sərfiyyatına nəzarət və enerjinin rekuperasiyası ssitemləri (ERS) olmalıdır;
– Aerodinamika 2011-ci ildə olduğu kimi qalacaq, amma effektliyi artırmaq üçün bəzi dəyişikliklər olunacaq. Bununla da yanacaq sərfiyyatı 35% azalacaq;
– Burun elementinin yuxarı nöqtəsinin hündürlüyü məhdudlaşdırılacaq ki, düz bucaq altında maşının toqquşması zamanı təhlükəsizliyin səviyyəsi artırılsın;
– Məsrəflərin daha da azaldılması üçün transmissiya ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq (məsələn, ötürmələr qutusunda ötürmələrin sayı və ötürmələr rəqəmi);
– Maşının ümumi kütləsi 660 kq-dan az olmamalıdır.
Çempionatın iştirakçıları və təşkilatçıları ilə məsləhətləşmələrdən sonra FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası yeni texniki reqlamentinin tətbiq olunma tarixini dəqiqləşdirəcək…