FİA Red Bull-un maşınlarını araşdırmayacaq

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri bildiriblər ki, hazırda RB6 maşınının konstruksiyasının Formula1-in texniki reqalmentə uyğunluğunu araşdırmaqla məşğul deyillər. Son günlərdə […]

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri bildiriblər ki, hazırda RB6 maşınının konstruksiyasının Formula1-in texniki reqalmentə uyğunluğunu araşdırmaqla məşğul deyillər.

Son günlərdə Red Bull komandasının rəqibləri və ilk növbədə McLaren komandası, RB6-da Ədrian Nyuinin qurduğu klirensin səviyyəsini tənzimləyən sistemin olmasını tənqid atəşinə tutublar, düzdür, Mercedes GP komandasının başçısı Ross Braun belə sistemlərin qanunsuz olduğunu bildirsə də, RB6-da belə bir sistemin olmasına inanmayıb. Çox güman ki, məhz sonuncunun çıxışından sonra İsveçərinin Blick qəzetinin verdiyi məlumata görə, RB6-nın konstruksiyası ilə FİA da maraqlanıb.

Amma Almaniyanın Auto Motor und Sport qəzetinin jurnalistləri federasiyanın nümayəndələrinə birbaşa müraciət ediblər və suala mənfi cavab alıblar. Ona görə də hər şey əvvəlki kimi qalacaq – ən azı o vaxta qədər ki, komandalardan hər hansı biri Red Bull komandasına qarşı rəsmi ittiham irəli sürəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*