Bu gün Parisdə Ümumdünya Şurası McLaren komandası barədə qərar qəbul edəcək və bir çox vacib məsələləri, o cümlədən, gələn ilin texniki, idman və maliyyə reqlamentlərini müzakirə edəcək. Səhər tezdən McLaren komandasının nümayəndələri və Ümumdünya Şurasının üzvləri Razılıq Meydanında toplaşıblar. Yeri gəlmişkən qeyd edək ki, bu gün McLaren komandasının başçısı Martin Uitmarşın ad günüdür – britaniyalı mütəxəssisin 51 yaşı tamam olur.
Qəbul olunmuş qərarlar axşam elan olunacaq…