FİA mətbuat relizi yayıb

Bu gün Beynəlxalq Avtomobil Federasiyası yeni Razılıq Müqaviləsinin imzalandığını rəsmən xəbər verib. Bu münasibətlə federasiyanın mətbuat xidməti reliz yayıb… Relizdə […]

Bu gün Beynəlxalq Avtomobil Federasiyası yeni Razılıq Müqaviləsinin imzalandığını rəsmən xəbər verib. Bu münasibətlə federasiyanın mətbuat xidməti reliz yayıb…

Relizdə deyilir: “Avtoİdman üzrə Ümumdünya Şurasının dəstəyi alındıqdan sonra dünən axşam FİA prezidenti Maks Mosli 2009-cu ilin Razılıq Müqaviləsini imzalayıb, bu isə Formula1-də yeni stabillik dövrünün başlanmsı deməkdir. Razılıq Müqaviləsi FİA, FOM və komandalar arasında müqavilədir və komandaların dünya çempionatında iştirakının əsası olmaqla, kommersiya gəlirlərinin bölgüsünü müəyyən edir.

FİA və komandaların təklifi ilə Ümumdünya Şurası idman və texniki reqlamentlərin yeni redaksiyasını da təsdiq edib, bu reqlamentlər gələn ildən qüvvəyə minir və tezliklə federasiyanın saytına yerləşdiriləcək. Yeni Razılıq Müqaviləs 2012-ci ilin ddekabrın 31-dək qüvvədə olacaq və 1998-ci ilin Razılıq Müqaviləsinin əsas prinsiplərini davam etdirir, yalnız işçi qrup və komissiyaların komandalarla razılaşdırdıqları dəyişikliklər edilib. Bundan başqa 2009-cu ilin iyunun 24-də Parisdə qəbul olunmuş və məsrəflərin azaldırlaraq 90-cı illərin səviyyəsinə salınması üçün nəzərdə tutulan tədbirlər də Müqaviləyə əlavə olunub.

İndi, 2009-cu ilin Razılıq Müqaviləsi imzalandıqdan sonra, məsrəflərin azaldılması üzrə razılaşmalar əldə edildikdən sonra, FİA ümid edir ki, Formula1-də stabillik və çiçəklənmə dövrü başlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*