Uik-endin gedişində FİA bir neçə dəfə sorucu diffuzorlara məhdudiyyəti dəqiqləşdirməli olub. İki həftə əvvəl komandalar bir təlimat alıblar, dünən ikinci, bu gün səhər üçüncü, sıralanma turuna qədər isə dördüncü təlimat gözlənilir, bu gün sərbəst yürüşlərdən sonra federasiya komandaların texniki başçılarını təcili iclasa çağırıb.
Hansı qərar qəbul edilməsindən asılı olmayaraq, yeni qərar yenə də hamını qane etməyəcək – müxtəlif istehsalçıların motorları fərqli rejimlərdə çalışırlar, ona görə də FİA hamını qane edəcək universal qərar qəbul edə bilməyəcək.
Əgər sıralanma turunun startına qədər məhdudiyyətlər təsdiq olunarsa, onda komandalar sbahkı yarışda da eyni qaydaları tətbiq etməli olacaqlar.
Yerli vaxtla 11:30-da texniki işçi qrupun üzvləri iclas zalına toplaşıblar. Bu dəfə Çarli Uaytinq texniki mütəxəssislərlə birlikdə komanda başçılarını da toplayıb…