Ferrari rəqiblərini düzgün qiymətləndirmir

Bugünkü sıralanma turunun ən birinci sürprizi Felipe Massanın elə birinci sessiyadan sonra mübarizəni dayandırması olub. Amma bu uğursluq sürücünün deyil, […]

Bugünkü sıralanma turunun ən birinci sürprizi Felipe Massanın elə birinci sessiyadan sonra mübarizəni dayandırması olub. Amma bu uğursluq sürücünün deyil, tamamilə komandanın günahıdır, komanda rəqiblərin potensialını düzgün qiymətləndirməyib.

Mübarizədən kənar qalan braziliyalı sürücü Almaniyanın [b]Premiere telekanalına ekspres müsahibə verib:[/b] “Biz elə hesab edirdik ki, sıralanma turunun əvvəlində göstərdiyimiz nəticə ikinci sessiyaya keçməyə imkan verəcək, amma deyəsən trasın vəziyyəti o dərəcədə yaxşılaşıb ki, hamının sürəti çox artıb. Biz bir daha trasa çıxa bilərdik, amma ümid etdik ki, bizim nəticəmiz kifayət qədər yüksəkdir. Heyif, biz səhv etdik…

Sonuncu cərgələrdən start almaq həmişə çətindir, amma baxaq görək sabahkı yarış necə keçəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*