Sıralanma turunun son sessiyasında baş verən insidenti araşdıran İspaniya Qran Prisinin stüardları Ferrari komandasını 20 min dolar məbləğində cərimə etməyi qərara alıblar.
Xatırladaq ki, Fernando Alonso boksdan çıxarkən Niko Robserqin maşınını cobudcasına pit-leynin kənarına sıxışdırıb. Alman sürücü toqquşmadan qaçmaq üçün tam dayanmalı olub, stüardlar hesab ediblər ki, Skuderiya təhlükəsizlik normalarını pozub, amma Alonso cəriməsiz ötüşüb…