İtaliyanın La Gazzetta dello Sport qəzetinin yazdığına görə, Ferrari komandası F2012 şassisinin yeni versiyasını hazırlayır və yeni versiyada yan pantonların konfiqurasiyası o dərəcədə dəyişəcək ki, yeni şassi FİA-nın məcburi krəş-testini təkrar keçməli olacaq.
Skuderiya krəş-testi hələ yanvar ayında ikinci cəhddən keçmişdi, amma mövsümöncəsi testlərdə maşın ümidləri doğrultmayıb. Komanda əlindən gələni edir ki, qısa müddət ərzində problemləri həll etsin və radikal addımlar atmağa hazırdır.
Yeni şassinin krəş-testinin tarixi barədə heç nə deyilmir…