Ferrari komandasının rəsmi saytında mətbuat relizi yerləşdirilib – relizdə komanda yeni maşına verilmiş F150 indeksi ətrafında yaranmış məsələyə münasibət bildirib. Biz xəbər vermişdik ki, Ford konserni Ferrari-yə qarşı məhkəmə iddiası qaldırıb…
Relizdə deyilir: “Formula1 maşının yeni indeksi məsələsi: qeyd etməliyik ki, biz Ford şirkətinə cavab məktubu yazmışıq və orda bildirmişik F150 indeksi (Ferrari F150th İtalia ifadəsinin qısaldılmış şəkli) bazarda satılan məhsulun adı kimi heç vaxt istifadə olunmayıb və heç vaxt da olunmayacaq. Bizim Formula1 maşınlarımız kütləvi istehsal olunmur.
Tarixən elə alınıb ki, Skuderiyanın maşınları texniki layihələrin adlarını əks etdirərək onların xronolji ardıcıllığı ilə şərti nəmrələnirlər, və ya istisna hallarda hər hansı bir tarixi hadisəni əks etdirirlər.
Bu il biz qərara almışdıq ki, ölkəmiz üçün çox vacib olan bir hadisənin – İtaliyanın birləşməsinin 150 illiyini maşının adında əks etdirək. Bu hadisənin vacibliyini hökumətimizdə xüsusi bayram şəklində qeyd etməklə təsdiqləyib.
Ona görə də biz hesab edirik ki, Formula1 yarışlarında çıxış edən maşını bazarda satılan heç bir maşınla səhv salmaq olmaz. Həm də heç kim təsəvvür edə bilməz ki, bizim maşının adından başqa bir brendin adı əks oluna bilər. Ona görə də Ford-un bu məsələdə mövqeyini başa düşmək çətindir.
Buna baxmayaraq, bizim xoşməramlı olduğumuzu sübut etmək üçün bildiririk ki, bundan sonra biz maşının tam indeksindən istifadə edəcəyik, yəni: Ferrari 150th İtalia.”