Cümə sərbəst yürüşlərindən sonra Ferrari-nin nümayəndələri yenilənmiş maşından təəssüratları barədə nikbinliklə danışıblar…
Kris Dayer: “Biz uik-endin ilk gününün nəticələrindən razıyıq, komanda böyük iş görüb, Barselonaya yeni aerodinamik paket hazırlayıb və ilk gün bizim etibarlılıqla heç bir problemimizin olmaması yaxşı xəbərdir.
Maşının trasda işi ümidlərimizi doğrultdu, balans yaxşılaşıb, maşın təkərlərlə daha yaxşı işləyir. Bizim məqsədimiz hər iki maşınla sıralanma turunun son mərhələsinə keçmək və yarışda xal toplamaqdır.
Təkərlər gözlədiyimiz kimi işləyir – bərk təkərdən ilişmə almaq çətindir, yumşaq təkər isə daha yaxşı görünür, həm stabillikdə, həm də ilişmədə.”