Dünən Ferrari komandasının rəsmi saytında komandanın başçısı Stefano Domenikalinin sözləri dərc olunmşdu, Domenikali bildirmişdi ki, Massa artıq Monakoda yaxşı nəticə göstərməklə vəziyyətdə dönüş yaratmalıdır.
Britaniya mətbuatı bu sözləri braziliyalı sürücüyə sonuncu şansın verilməsi kimi qiymətləndirib və hətta sürücünün yerinə namizədlərin siyahısını da dərc edib, amma bu gün Skuderiya Felipenin komandadan qovulması barədə şayiələri təkzib edib…
Komanda Twitter-də bildirib: “Eyni sözlərin müxtəlif cür yozulması çox maraqlıdır. Bizim saytımızda bazar ertəsi yerləşdirilmiş materialda İspaniya Qran Prisinin finişindən sonra Stefano Domenikalinin Felipe barədə dedikləri yerləşdirilmişdi. Yalnız bu! Kimsə bu sözlərdə Felipenin yerinə yeni sürücünün namizədliyi görüb. Bu dəfə Jerom D’Ambrozio.”
Xatırladaq ki, Massanın Ferrari ilə müqaviləsi bu ilin sonunda başa çatır…