Renault şirkəti Flavio Briatore və Pət Simondsla müqavilələrin pozulması xəbərini yayıb, zavod komandasının başçısı və baş mühəndisi İNG Renault F1 Team komandasını Ümumdünya Şurasının iclasına qədər tərk ediblər. Komanda bu münasibətlə rəsmi mətbuat relizi yayıb…
Relizdə deyilir: “İNG Renault F1 komandası FİA-nın keçənilk Sinqapur yarışı üzrə ittihamlarını qəbule dir və bildirir ki, komandanın icraçı direktoru Flavio Briatore və mühəndis departamentinin başçısı Pət Simonds komandadan ayrılıblar.”
Çox güman ki, Briatore və Simonds FİA-nın Ümumdünya Şuarsının iclasında iştirak etməyəcəklər. Onların varisləri də hələ elan olunmayıb, amma şayiələr gəzir ki, Flavionu Alen Prost əvəz edəcək…