Flavio Briatore əmindir ki, Renault F1-in idman forması ona nikbinlik verir, baxmayaraq ki, Şanxayda komanda xal toplaya bilməyib. Onun sözlərinə görə, Fernando Alonsonun sadəcə bəxti gətirməyib, çünki Təhlükəsizlik Maşını ikinci dəfə trasa ispan sürücü üçün uğursuz vaxtda çıxıb…
Flavio Briatore: “Mən Red Bull üçün şadam, axı onların maşınlarında bizim motorlar işləyir, amma Renault-nun bu gün bəxti gətirməyib. Təhlükəsizlik Maşınının ikinci dəfə trasa çıxması Fernando Alonsonun yarışını alt-üst etdi, deyəsən biz onu pit-stopa çox tez çağırdıq.
Bundan sonra o trasdan çıxdı. Hər şey ideal keçsə idi, biz finişdə beşinci ola bilərdik, hər iki Red Bull və Brawn GP maşınlarından sonra. Bizim maşınımız artıq yaxşılaşıb və mən onun quru trasda özünü aparmasına baxmaq istəyirəm. Fernando şənbə günü əla nəticə göstərdi, hərçənd onun maşınında Battonda olan qədər yanacaq var idi (Briatorenin deyəsən xəbəri yoxdur ki, FİA maşınların yanacaqla dolu çəkilərini sıralanma turundan sonra dərc edir və bu iki maşın arasında çəki fərqi 22 kq (8-9 dövrə) idi).
Əgər bizim təmiz sürətimizdən söhbət gedirsə, biz McLaren, Ferrari və BMW-dən sürətli idik. Ümid edirəm ki, Bəhreyndə hava yaxşı olacaq və biz indidən uik-endə hazırlaşırıq. Komanda gərgin qrafiklə işləyir və artıq İspaniyada və Monakoda biz hər iki maşına yeni elementlər quraşdıracayıq.”