F.Alonsonun bəyanatı

Dünən FİA-nın Ümumdünya Şurasının qəbul etdiyi düzəlişlərə Flavio Briatore kəskin münasibət bildirmişdi, bu gün isə mətbuatda ikiqat dünya çempionu fernando […]

Dünən FİA-nın Ümumdünya Şurasının qəbul etdiyi düzəlişlərə Flavio Briatore kəskin münasibət bildirmişdi, bu gün isə mətbuatda ikiqat dünya çempionu fernando Alonsonun bəyanatı yayılıb…

Fernando Alonso: “Mən bizim idmanda daim qaydaları dəyişməyin zəruriliyini başa düşmürəm və düşünürəm ki, bu azarkeşləri çaş-baş salacaq. Əlli ildir ki, Formula1 inkişaf edir, komandaların hesabına, sponsorların hesabına, sürücülərin hesabına və hər şeydən əvvəl azarkeşlərin hesabına, məhz azarkeşlərin təkliflərini FİA bəyənməyib.

Məni qarşıdakı mövsüm üçün qəbul olunan qaydalar əsla maraqlandırmır, məni daha çox gələcək üçün nəzərdə tutulmuş dəyişikliklər düşündürür. Mən ümid edirəm ki, ən yaxın vaxtlarda federasiya bu qaydaların üzərində bir daha düşünəcək.”

Çox güman ki, belə bəyanatlar biz hələ çox eşidəcəyik. Əgər FİA və FOM FOTA-ya qarşı birləşibsə, onda sürücülər və komandalar müxalifət cəbhəsinə keçəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*