F.Alonso: “Məyus olmağın mənası yoxdur”

Fernando Alonso sıralanma turunda ikinci olduqdan sonra bazar günü yarışda da uğurlu çıxışıa ümid edirdi, amma son nəticədə o Şanxayda […]

Fernando Alonso sıralanma turunda ikinci olduqdan sonra bazar günü yarışda da uğurlu çıxışıa ümid edirdi, amma son nəticədə o Şanxayda xal toplaya bilməyib…

Fernando Alonso: “Hər şey istədiyimiz kimi olmadı. Quru trasda maşın özünü əla aparırdı, amma startdan əvvəl yağış başladı. Təhlükəsizlik Maşını mən pit-stopdan çıxan kimi trası tərk etdi. Nəticədə mən peletonun quyruğuna düşdüm. Uğursuz gün alındı, amma məyus olmağın mənası yoxdur, irəliləmək lazımdır.

Məni hər şeyin belə uğursuz getməsi narahat edir. Tədbir görmək lazımdır, çünki ilk üç yarışda topladığımız xallar çempionatda qələbə uğrunda mübarizə üçün kifayət deyil. Renault üçün yeganə xoş xəbər yeni diffuzorun debütü oldu. Yarış zamanı bu element ilk yoxlanmasını keçdi və indi biz ondan Bəhreyndə də istifadə etməyə hazırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*