Fernando Alonso Valensiyada ev yarışında finiş xəttini ikinci keçib və yarışın nəticələrini nikbinliklə şərh edib…
Fernando Alonso: “Düşünürəm ki, yarışın gedişində mənim Uebberlə mübarizəmi izləmək azarkeşlərə xoş idi. Startda mən Markın arxasında yer tutdum və geri qalmamağa çalışdım – ümidim yalnız pit-stoplara idi. Amma pit-stoplarda onlar bizdən yaxşı işləyirdilər, amma biz effektiv strategiya tətbiq etdik və mən irəli çıxa bildim.
İkinci yer bu gün bizim maksimumdur, amma mən finişdə iki Red Bull sürücüsünün arasına girə bildim. Monakoda da biz əla işlədik və mən ikinci oldum, Kanadada da hər şey yaxşı gedirdi, amma mən yarışı başa vura bilmədim, bu gün biz yenə ikinciyik – komanda üçün əla nəticədir. Biz düzgün istiqamətdə irəliləyirik və qarşıdakı Qran Prilərdə rəqiblərimizə yaxınlaşacayıq.
Ferrari-nin bütün əməkdaşları bilirlər ki, azarkeşlərimiz səbirsizliklə bizdən qələbə gözləyirlər. Hələlik bizim buna imkanımız yoxdur, amma geriqalma azalır. İlk yarışlarda biz Red Bull saniyə yarım uduzurduq, indi isə 0.6-0.7 saniyə, yəni geriqalmanı iki dəfə azaltmışıq. Biz işimizi davam etdirəcəyik ki, uğur qazanaq.”