Nürburqrinqə Renault R29-un yeni versiyasını gətirib və Fernando Alonso yarışda sürətli dövrəyə imza atıb, düzdür, sıralanma turunda uğursuz çıxışına və stratdakı problemlərinə görə o yalnız yeddinci yerlə kifayətlənməli olub…
Fernando Alonso: “Çətin yarış oldu – mən yaxşı start ala bilmədim, birinci dövrəyə kimi bir neçə mövqe itirdim, sonra isə trafikə düşdüm. Amma maşının sürəti artıb – mən sürətli dövrə göstərə bildim, bir neçə xal da qazandım. Əsas odur ki, biz yenə də rəqabətədavamlıyıq və nikbinliklə növbəti yarışı gözləyə bilərik.”