F.Alonso arıqlamağa hazırlaşır

Gələn ildən KERS Formula1 çempionatına qayıdır və ona görə də izafi çəki mövzusu yenidən gündəmə gəlib. Rubens Barrikello artıq çəkidən […]

Gələn ildən KERS Formula1 çempionatına qayıdır və ona görə də izafi çəki mövzusu yenidən gündəmə gəlib. Rubens Barrikello artıq çəkidən azad olmaq arzusunu bildirmişdi – mühəndislər maşında ballastların yerləşdirilməsi zamanı manevr imkanlarını genişləndirmək istəyirlər. Bu gün Fernando Alonso braziliyalı veteranla həmfikir olduğunu bildirib.

El Mundo Deportivo qəzetinin verdiyi xəbərə görə, Ferrari-nin sürücüsü Bəhreyn Qran Prisinə kimi indiki 68 kq çəkisindən 2-3 kq atmaq fikrindədir…

Fernando Alonso: “Azarkeşlər hazır olmalıdırlar ki, mövsümün əvvəlində mən arıqlayacam. KERS qayıtdıqdan sonra sürücünün atdığı hər bir kq ballast üçün faydalı olacaq. Ona görə də mən öz çəkimi bir qədər azaltmaq fikrindəyəm.

Fiziki hazırlığa diqqətimi də artıracam, axı bizi tarıxdə ən uzun çempionat gözləyir və bütün on ay ərzində formada qalmaq vacib olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*