McLaren mövsümöncəsi tetslərdə yeni maşının etibrasızlığı üzündən nəzərdə tutduğu proqramı tam yerinə yetirə bilməmişdi, amma son anda məsələ müsbət həll olunmuşdu – mühəndislər qazburaxma sisteminin konstruksiyasını ciddi sadələşdirmişdilər və Melburnda komanda irəliyə doğru böyük addım atmışdı.
Ümumilikdə Brtaniya mətbuatı McLaren-in inkişafını müsbət qiymətləndirib, amma Autosport-un jurnalisti Ədd Stro hesab edir ki, başq aldrımış problemlərin səbəbini komanda özündə axtarmaldıır…
Ədd Stro: “Yeni qazburaxma sistemi McLaren-ə kömək etdi, Melburnda onlar Red Bull-a ən yaxın oldular – bəz mövsümöncəsi testlərdə böhran vəziyyətinin yaranmasına səbəb nə olmuşdu? McLaren uğursuz maşını mövsümün gedişində təkmilləşdirməsi ilə seçilən komandadır, amma baş vermiş çətinliklərə görə komanda məsuliyyəti öz üzərinə götürməlidir.
Red Bull-un uğuru Martin Uitmarş və onun əməkdaşları üçün baş ağrısıdır. Çox güman ki, testlərdə tez-tez sıradan çıxan innovasiyalı qazburaxma sisteminin hazırlanmasına səbəb Red Bull-a çatmaq cəhdi olub – keçən il 15 poul və 10 qələbə qazanmış komandanı başqa cür üstələm mümkün deyil. Geriqalmanı aradan qaldırmaq üçün McLaren komandası özünü çıxılmaz vəziyyətə salıb.
Çox vaxt McLaren-də özləri özlərinə mane olurlar. Censon Batton Felipe Massanı şikananı kəsməklə keçdikdə, istənilə adam başa düşürdü ki, sürücü cəzalandırılacaq, amma komandada heç kim məsuliyyəti öz üzərinə götürmədi, Censona demədi ki, qazanılmış mövqeyi geri qaytarmaq lazımdır. Reqlamentin bu maddəsi McLaren-ə bir neçə dəfə problemlər yaradıb, amma yenə də komandaya dərs olmayıb.”