Red Bull komandasının texniki direktoru Ədiran Nyui Silverstounda iyunun 2-3-də keçiriləcək Lamborghini Blancpain Super Trofeo yarışının startına çıxacaq. 53 yaşlı mühəndis gücü 570 at qüvvəsi olan tamdartılı Lamborghini Gallardo Trofeo maşınının sükanı arxasına oturacaq. Nyuinin ekipaj yoldaşı İtaliyanın Autosprint jurnalının redaktoru Alberto Sabbatini olacaq.
Ədrian Nyui belə yarışlarda çox iştirak edib. Amma demək olar ki, hər dəfə də uğursuzluqla nəticələnib. Məsələn, 2006-cı ildə Lə Manda tarixi maşınların yarışında Ədrian Ford GT40 maşını ilə qəzaya uğrayaraq barmağını da sındırmışdı. Ona görə də komandanın belə qiymətli kadrı bu cür yarışlara buraxması hamını təəccübləndirib…
Kristian Horner: “Ədrian həvəskar yarıslarda iştirak etməyi xoşlayır, amma sükan arxasında peşəkar olur. Azad vaxtlarında Ədrian istənilən işi görə bilər.
Siz bir şeyi nə qədər çox qadağan etsəniz, bir o qədər də çox məyus olacaqsınız. Ədrianın xoşladığı işi görməsi bizim üçün problem deyil. O azadlıq sevərdir, biz də ona azadlıq vermişik.”