Almaniyanın Auto Motor und Sport saytı yazır ki, bəzi komandalar, xüsusən də McLaren və Mercedes AMG havaya qarşı müqaviməti azaldan sistemi (DRS) hava kanalının yeni versiyası ilə uğurla birləşdirə biliblər – hava kanalının aktiv versiyasını 2010-cu ildə McLaren ilk dəfə tətbiq etmişdi, digər komandalar nüsxələmişdilər, amma sonra bu sistem qadağan olunmuşdu, yeni sistem isə həmin sistemin passiv versiyasıdır.
O zaman hava kanalının idarə olunmasında sürücü iştirak edirdi, indi isə sistem pilotsuz idarə olunur və bəzi rəylərə görə, DRS-lə birlikdə düz yolda 18 km/saat sürət üstünlüyü verə bilər.
Çox güman ki, komandaların bəzi qərarları Melburnda texniki təftişdən sonra FİA tərəfindən tənqid olunacaq…