Toro Rosso komandasının ehtiyat sürücüsü avstraliyalı Daniel Rikkardo komandanın Faensadakı bazasına baş çəkib…
Daniel mövsümün gedişində cümə sərbəst yürüşlərinin səhər sessiyasında STR6-nın sükanı arxasına oturacaq, ona görə də bazada onun üçün maşının oturacağı ölçülüb və hazırlanıb.
Gələn həftə isə Rikkardo Xeres testlərində Toro Rossonun əsas sürücülərinə qoşulacaq.