Toro Rosso komandası mövsümün ilk Qran Prisinə planlarını açıqlayıb. STR6 maşınları Albert Parkda KERS-lə və hərəkətli arxa antiqanadla təchiz olunacaqlar, cümə günü sərbəst yürüşlərdə isə avstraliyalı azarkeşlər öz həmyerliləri Daniel Rikkardonu sükan arxasında görəcəklər – sürücü Xayme Algersuarini əvəz edəcək.
Təkərlərə xüsusi diqqət ayırmaq qərara alınıb. Komanda şəhər trasında onların davranışını ciddi öyrənəcək ki, yarış strategiyasını dəqiq qura bilsin.
Mövsümöncəsi testlərin pozitiv nəticələrinə baxamayaraq, komanda qarşıdakı yarışa proqnoz verməyə tələsmir və hamını səbirli olmağa çağırıb – Avstraliya Qran Prisinin startına bir neçə gün qalıb…