Dəvid Kulthard həmişə yanacaqdoldurmanın əleyhinə olub. O bir neçə dəfə söyləmişdi ki, bununla yarışları daha maraqlı etmək olar və bu addım ötmələrin sayının artmasına səbəb ola bilər. Hindistana səfəri zamanı Dəvid öz mövqeyini təsdiq edib…
Dəvid Kulthard: “Yanacaqdoldurmanın ləğv olunması yaxşı addımdır. Maşının balansı yarışın gedişində dəyişəcək, sürücülər təkərin yeyilməsinə diqqət yetirəcəklər və əyləcdən daha ehtiyatla istifadə edəcəklər.
Hazırda pit-stop zamanı təkərləri dəyişərkən mexaniklər tələsmirlər, çünki pitin çox hissəsi maşına yancaq doldurulur. Gələn ildən isə mexaniklərin cəldliyi çox şeyi həll edəcək. Bizi əla şou gözləyir.”