D.Kulthard Red Bull-un ehtiyat pilotudur?

Britaniyanın Autosport qəzeti xəbər yayıb ki, veteran sürücü Dəvid Kulthard nəzəri cəhətdən yenidən Formula1 maşınının sükanı arxasına otura bilər – […]

Britaniyanın Autosport qəzeti xəbər yayıb ki, veteran sürücü Dəvid Kulthard nəzəri cəhətdən yenidən Formula1 maşınının sükanı arxasına otura bilər – əgər Red Bull sürücülərindən hər hansı biri müəyyən səbəb üzündən starta çıxa bilməsə şotlandiyalı sürücü onu əvəz edə bilər. Komanda güman edirdi ki, bu il gənc Brendon Hartli ehtiyat pilot olacaq, amma yeni zellandiyalı sürücü hələ FİA-nın superlisenziyasını almayıb. Red Bull Racing rəhbərliyi ümid edir ki, yaxın günlərdə bütün sənədlərin rəsmiləşdirilməsi başa çatacaq, amma mövsümün ilk yarışlarında komandanın ehtiyat pilotu rəsmən Kulthard hesab olunacaq…

İstənilən halda, sürücülük karyerasını başa vuran Dəvid Red Bull-da məsləhətçi vəzifəsində çalışmasını davam etdirir və bununla yanaşı özü üçün yeni olan teleşərhçi sənətinə də yiyələnəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*