F-1.az xatırladır ki, ikinci sərbəst yürüşlərdə Rikkardo sürətli dövrə atarkən son döngədə Qrojan onu əngəlləmiş və avstraliyalı sürücü çırpılmamaq üçün yavaşlamaq məcburiyyətində qalmışdı.
Daniel Rikkardo: “Bəli, ortaya pis barmaq çıxdı. Bolid ön tərəfdən sürüşdü. Buna ehtiyac yox idi və sadəcə sərbəst yürüşlərdə idik. Hərəkəti xoşuma gəlmədi. Hərəkəti əsəbdən etdim və məyus oldum. Sürətli idim, amma o qızdırma dövrəsində idi.
Sıralanma turu tempində güclü görünürük. Ferrari-yə yaxınıq və bir az da sürətlənməliyik. Yarış tempində isə bir az da təkmilləşməliyik”.