F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 4-cü olsa da, Bottasın cəzasına görə yarışa 3-cü yerdən başlayacaq.
Daniel Rikkardo: “Son cəhdimdən sonra damalı bayrağı keçdiyimdə düşündüm ki, bundan yaxşısını edə bilməzdim. Limitlərdən sona qədər istifadə etdim və gözəl dövrə vurdum. Maks ilə bir-birimizə yaxın idik. Onu qabaqladığım üçün sevinirəm.
Valtterinin cəza alması da bizim üçün yerinə düşdü. Bunun hesabına həm 3-cü yerə yüksəldim, həm də təmiz tərəfdən start alacam. Beləliklə, yarışın əvvəlində yüksəlmə ehtimalım da çoxaldı.
Start çətin olacaq və ötmə etmək asan olmayacağı üçün müxtəlif strategiyalar görə bilərik”.