CVC Formula1 səhmlərinin satışını təsdiq edib

Formula1-in ən böyük səhmdarı CVC Capital fondu səhmlər paketinin üç sərmayə şirkətinə – BlackRock, Norges Bank İnvestment Management və Waddell […]

Formula1-in ən böyük səhmdarı CVC Capital fondu səhmlər paketinin üç sərmayə şirkətinə – BlackRock, Norges Bank İnvestment ManagementWaddell & Reed şirkətlərinə satışını təsdiq edib.

Rəsmi bəyanatda deyilir: “Üç sərmayə şirkəti 1.6 milyard dollara Formula1 səhmlərinin 21%-ni alıb. CVC isə əvvəlki kimi çempionatın ən böyük və nəzarətçi səhmdarıdır.”

Donald Makkenzi, CVC fondunun icraçı tərəfdaşı: “Formula1 səhmlərini aldığımız gündən bəri biz şirkəti və onun rəhbərliyini dəstəkləyirik. İndi isə bizə üç hörmətli sərmayədar da qoşulub. Biz yeni tərəfdaşlarımızla birgə işimizin başlanmasını səbirsizliklə gözləyirik.”

Çempionatın səhmlərinin 21%-nin 1.6 milyard dollara satılması o deməkdir ki, ümumən Formula1 8 milyarda qiymətləndirilib. Bundan başqa, CVC Sinqapur fond birjasında İPO-nun keçirilməsi üzrə planlarını da dəyişməyəcək.

Bu arada Sky News telekanalı xəbər verib ki, Unilever şirkətinin maliyyə direktoru Jan Mark Yuye Formula1-in direktorlar şurasına müstəqil direktor kimi daxil olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*