Ç.Uaytinq Fetteli xəbərdar edib

FİA-nın yarış direktoru Çarli Uaytinq hesab edir ki, Çin Qran Prisi zamanı pit-leyndə Sebastyan Fettelin hərəkətləri yolverilməzdir. Xatırladaq ki, alman […]

FİA-nın yarış direktoru Çarli Uaytinq hesab edir ki, Çin Qran Prisi zamanı pit-leyndə Sebastyan Fettelin hərəkətləri yolverilməzdir. Xatırladaq ki, alman sürücü həm yarışda Lyuis Həmiltonla uzun zaman mübarizə aparıb, sinxron pit-stop zamanı McLaren sürücüsü Red Bull sürücüsünü qabaqlamağa çalışıb və pit-leynlə trasa doğru Fettelə paralel hərəkət edib.

Uaytinq təhlükəli şəraitin yaranmasında Sebastyan Fetteli günahkar hesab edir. Çarlinin fikrincə, alman sürücü rəqibinə tərəf riskli yerdəyişmə edib. Şanxay yarışının finişindən sonra hər iki sürücü stüardlardan xəbərdarlıq almışdılar. Amma İspaniya Qran Prisi günlərində sürücülərin brifinqində Uaytinq bildirib ki, Fettelin hərəkətlərindən narazıdır – belə hallar təkrar baş verərsə, Cebi daha ciddi cərimələr gözləyir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*