Formula1-in üçqat dünya çempionu Ceki Stüart xəstəxanaya düşüb. 71 yaşlı şotlandiyalı sürücü bu gün səhər Cenevrədən Londona uçub və təyyarədə özünü pis hiss edib. Sərnişinlər görüblər ki, əfsanəvi sürücü tualetə gedib və uzun müddət orda qalıb.
Bundan sonra hava gəmsinin kapitanı salonda həkimin olması ilə maraqlanıb. Stüart uçuşu öz kreslosunda başa vursa da,Hitrou aeroportunda trapın önündə onu Təcili yardım maşını gözləyib, Ceki və onun həyat yoldaşı Helen həstəxanaya çatdırılıblar.
Xəbər verildiyi kimi, 27 Qran Prinin qalibi sinəsində ağrılardan gileylənib. British Airways rəsmi bəyanatında bildirib ki, “təyyarənin ekipajı birinci dərəcəli enmə istəyib, salondakı sərnişinlərdən birinə tiibi yardım lazım olub. Bizim təyyarədki personal əlindən gələni edib, yerə endikdən sonra da lazımi yardım göstərilib. Biz həmin sərnişinə tezliklə sağalmasını arzu edirik.”
Sürücünün böyük oğlu Pol Stüart BBC-yə bildirib ki, “atamla xəstəxanada danışmışam, hər şey qaydasındadır. Amma biz baş verənlərin dəqiq səbəbini müəyyən etməliyik.”