C.Şekter titulundan imtina etməyə hazırdır

Codi Şekter bu gün bildirib ki, 1979-cu ildə qazandığı tituldan nümayişkaranə şəkildə imtina etməyə hazırdır, beləki o hesab edir ki, […]

Codi Şekter bu gün bildirib ki, 1979-cu ildə qazandığı tituldan nümayişkaranə şəkildə imtina etməyə hazırdır, beləki o hesab edir ki, FİA-nın hazırkı rəhbərliyi düzgün siyasət yeritmir. Hazırda Britaniyada yaşayan Cənubi Afrikalı sürücü ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur, o ВВС-yə müsahibəsində bildirib ki, Formula1-dəki cari vəziyyət onu çox məyus edib…

Codi Şekter: “Formula1-ə də siyasət gəlib və mən bugünkü vəziyyətdən çox məyusam. Bəzən mən çempion titulumdan imtina etmək istəyirəm – o dərəcədə hər şey məni qıcıqlandırır.

Son illərdə FİA-nın qəbul etdiyi qayda və qərarların müxtəlifliyi, məncə, çox dəhşətlidir. Məncə, diktaturanın hökm sürdüyü idman düzgün ola bilməz, çünki diktatura heç vaxt yaxşı qurtarmır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*