Cosworth motorların etibarlılığından razıdır

Cosworth motorları mövsümöncəsi testlərdə xoş təəssürat yaradıblar. Hazırda bütün motorlar üçün iki həlledici sual var – etibarlılıq və qənaətcillik, hələlik […]

Cosworth motorları mövsümöncəsi testlərdə xoş təəssürat yaradıblar. Hazırda bütün motorlar üçün iki həlledici sual var – etibarlılıq və qənaətcillik, hələlik motorlar kifayət qədər etibarlıdırlar, yanacaq sərfiyyatı isə Bəhreyndə boş baklarla sıralanma turundakı və dolu baklarla yarışın startındakı sürətlər arasındakı fərqdən sonra məlum olacaq…

Mark Qallaher: “Xeres testlərinin proqramı yağışlı hava üzündən komandaalr tərəfindən dəyişdirilmişdi, amma bizim üçün hər şey yaxşı keçdi – üç komanda Cosworth motorları ilə işləyirdi, ona görə də biz müxtəlif şassilərdə CA2010 motorunun effektliyin qiymətləndirə bildik.

Motorların etibarlılığı gözlədiyimiz kimidir, Williams komandası çox böyük məsafə qət edib, elə Xeresdə hamını qabaqlayıb – 2000 km, bundan başqa bizim motorlar Lotus T127 və Virgin Racing VR-01 maşınlarında da yaxşı işləyib. Barselona testləri isə motorların effektliyi barədə daha dəqiq nəticələr çıxarmağa imkan verəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*