Cosworth motorları Formula1-ə qayıdır. Bu gün dərc ounmuş gələn ilin iştirakçıları siyahısında ən azı üş komanda – USF1, Campos və Manor Formula 1 ərizələrində bu motorlardan istifadə edəcəklərini bildiriblər. Şirkət komandaları ucuz vahid motorlarla təchiz edəcək…
Tim Rautsis, Cosworth-un icraçı direktoru: «Mən şadam ki, şirkətin yaradıcı və texniki qabiliyyətlərinin istisna vəhdəti Formula1-in qərarlarını həyata keçirməyə imkan verir, yeni qərarlar bizim kosmik və müdafiə sənayelərindəki işimizlə uyğun gəlir. Biz yalnız komandaları motorlarla təchiz etməklə kifayətlənməyəcəyik, həqiqətən müstəqil motor təchizatçısı kimi Formula1-lə əməkdaşlığımızı uzadacayıq.
Bu idmanda dörd onillik ərzində toplanmış təcrübə və texniki yeniliklər öz fəaliyyət dairəmizi biznesin digər yüksək texnoloji sahələrinə doğru genişlətməyə imkan verib. Bu gün biz kosmik, mdüfiə, energetika, dəniz və avtomobil sənayelərində çalışırıq. Formula1-i Cosworth motorları ilə təchiz etmək üçün zəruri infrastrukturumuz da var.”