C.Battona komandanın əmri mane olub

Censon Battonun fikrincə, komandanın gözlənilməz əmri ona sıralanma turunda yüksək yer tutmağa imkan verməyib. Britaniyalı sürücü son cəhdində öz qrafikini […]

Censon Battonun fikrincə, komandanın gözlənilməz əmri ona sıralanma turunda yüksək yer tutmağa imkan verməyib. Britaniyalı sürücü son cəhdində öz qrafikini qabaqlamaqla hərəkət etsə də dövrəni tamamlamadan boksa qayıdıb…

Censon Batton: “İkinci dövrədə mən bir az sürətlə gedirdim və bir-iki mövqe yüksələ bilərdim, amma mənim yarış mühəndisim radio ilə dedi ki, “Bu dövrədə boksa gir”. Mənim diqqətim dağıldı və vaxt itirdim. İstisna etmirəm ki, cəhdimi tam başa vursaydım, bir az yaxşı nəticə göstərərdim – bəlkə, komanda yanacağa qənaət etmək istədi, amma istənilən halda bu çox qəribə əmr idi.

Buna baxmayaraq, mən nikbinəm – ümid edirəm ki, biz yanacağın miqdarı ilə səhv etməmişik və rəqiblərimizlə mübarizə apara biləcəyik. Amma bu trasda maşın özünü yaxşı aparmır və biz hələlik bunun səbəbini bilmirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*