Censon Batton Niko Rosberqlə Çin Qran Prisində qələbə uğruna mübarizə aparırdı, amma pit-stop zamanı təkərin bağlanmasının problemi üzündən bir neçə saniyə vaxt itirib və trasa yalnız altıncı qayıdıb. Dörd mövqeni geri qaytardıqdan sonra Niko artıq çox uzaqda olub…
Censon Batton: “Mən maşını boksda saxladım, amma arxada nəsə problem yarandı, ona görə də 9-10 saniyə dayanmalı oldum. Heyif, elə alındı ki, mən trasa trafikdə qayıtdım, dörd maşınla mübarizə aparmalı oldum. Əgər boş trasa qayıtsaydım, Nikoya çata bilərdim.
Yarış maraqlı oldu – təmiz mübarizə, çoxlu ötmələr və finişdə ikinci yer. Bu gün biz öz həyatımızı özümüz çətinləşdirdik, amma yarışlarda belə olur. Biz üç pit-stoplu taktikadan istifadə eidrdik və mən şadam ki, hətta bu ləngiməyə baxmayaraq, finişdə ikinci ola bildim.
Kimi böyük sürücü qrupuna başçılıq edirdi, onun arxasında hamı DRS-dən istifadə edirdi, ona görə də heç kim üstünlük qazanmırdı. Əlbəttə, ən xoşladığım an Fetteli keçməyim oldu, bir də arxa düzlükdə sağ tərəfdən Qrojanı keçməyim…”