C.Batton: “Bu mənim qərarım idi”

Qurumaqda olan trasda ən erkən təkər dəyişməklə risk edən Censon Batton böyük üstünlük qazanıb və inamla qələbə qazanıb – bu […]

Qurumaqda olan trasda ən erkən təkər dəyişməklə risk edən Censon Batton böyük üstünlük qazanıb və inamla qələbə qazanıb – bu onun McLaren-də ilk, karyerasında isə səkkizinci qələbəsidir…

Censon Batton: “Sliklərə beləe rkən keçmək mənim qərarım idi. Sürücü həmişə asanlıqla trasın vəziyyətini müəyyən edə bilər, axı komanda hər şeyi monitorda görür. Yarışın əvvəlində mənim balansla problemlərim var idi və mən bir neçə mövqe itirdim. Amma sonra düşündüm ki, sliklərin ardınca pitə getmək vaxtıdır – trasda trayektoriya artıq qurumuşdu və su yalnız bəzi sahələrdə qalmışdı.

Mən pitdən çıxdım, üçüncü döngədə trasda sürüşdüm, amma sonra yaxşı sürət yığdım və dövrələri ən yaxşı vaxtla keçməyə başladım. Üç-dörd maşını keçə bildim, sonra hamı pitə yollandı, ona görə də qərar doğru idi və mən çox razıyam ki, qərarın vaxtını düzgün seçmişdim.

İki il ardıcıl olaraq mən Melburnda qələbə qazanıram – bu xüsusi hisslərdir! Komanda məni xoş qarşılayıb, amma maşının kokpitinə öyrəşmək üçün mənə vaxt lazım idi. Amma indi mənim inamım daha da möhkəmləndi və ümid edirəm ki, növbəti yarışda biz bugünkü uğurumuzu təkrar etməyə çalışacayıq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*