Campos-un maşınlarını kim sürəcək?

Bu gün Braziliya mətbuatı xəbər yayıb ki, Campos komandasının yeni başçısı Kolin Kollesin, komandanın yeni sahibi Xose Ramon Karabantenin və […]

Bu gün Braziliya mətbuatı xəbər yayıb ki, Campos komandasının yeni başçısı Kolin Kollesin, komandanın yeni sahibi Xose Ramon Karabantenin və Bruno Sennanın iştirak etdiyi görüşdə tərəflər müəyyən razılıq əldə ediblər. Braziliyalı sürücü komandada qalacaq və bu il debüt edəcək. Campos-a ciddi maliyyə dəstəyi lazımdır və çox güman ki, Sennanın sponsorları gənc sürücünü maliyyələşdirməyə razı olublar.

Sennanın komanda yoldaşı vakansiyasına ən əsas namizəd argentinalı Xose Mariya Lopes hesab olunur, amma sürücü bir qədər əvvəl US F1 komandası ilə müqavilə bağlayıb – bu komanda isə çox güman ki, sürücü qarşısında öhdəliklərini yerinə yetirmək iqtidarında deyil, çünki komandanın maşını hələ hazır deyil və onun debütü qeyri-müəyyən dövrə qədər təxirə salınır.

Lopesi isə gözlənilmədən Berni Ekklstounun özü dəstəkləyib: argentinalı teleprodüsser Felipe MakQof Lopesin karyerası ilə məşğuldur və Formula1-in kommersiya başçısı ilə çoxdan tanışdır. Deməli, Campos komandası çətin ki, Kristina Klin və ya Formula2-nin son çempionu Əndi Souçeklə müqavilə bağlasın. Amma hər iki sürücü müqavilə bağlamağa ümid edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*