Əgər çempionatın sonuna qarşıdurmalar kəskinləşərsə, bu başa düşüləndir: hamının əsəbləri tarıma çəkilib, hər bir xal uğrunda mübarizə gedir və arzulanan titul bir addımlıqdadır. Formula1-in yeni tarixində belə hallar çox olub, amma onları yada salmağa ehtiyac yoxdur, çünki indi vəziyyət başqa cürdür: ciddi məhkəmə araşdırmaları mövsümün startından gedir və bu titulun taleyində həlledici rol oynaya bilər. FİA-nın Apelyasiya Məhkəməsinin iclası ərəfəsində britaniyalı ekspert və şərhçi Ceyms Allen sabahkı qərarın nəticələrindən söhbət edib…
Ceyms Allen: “Pasxa bayramındakı sakitlikdən sonra Formula1 ehtirasları yenə də qızışmaqdadır: sabah Beynəlxalq Apelyasiya Məhkəməsi Brawn, Williams və Toyota maşınlarında istifadə olunan diffuzorların leqallığı barədə qərar qəbul etməlidir.
Bu qərar dünya çempionatının taleyini həll edə bilər: keçmiş dünya çempionları Fernando Alonso və Kimi Rəykkönen bu fikirdədirlər, bu sürücülər protest vermiş komandalarda çıxış edirlər. Ferrari, BMW Sauber, Renault və Red Bull özlərinə tam hesabat verirlər: mövsümün ilk dörd yarışı mövsümün dörddə biridir, əgər sabah məhkəmə cavabdehlərin tərəfini tutsa mövsümü uduzmuş hesab etmək olar.
Əgər protest təsdiq olunarsa, onda ilk iki yarışın nəticələrinə yenidən baxıla bilər, bu isə anlaşılmazlığa səbəb olacaq. Əgər bütün dünyaya elan olunsa ki, sən demə ilk iki yarışın nəticələri sayılmır, onda hətta heytral mövqe tutmuş insanlar da təəccüblənəcəklər ki, Formula1 bu gün nə gündədir?
Amma bu riskə getmək lazım gəlir, çünki indi ən vacibi düzgün qərar qəbul etməkdir ki, sonra düzgün irəliləmək mümkün olsun. Bütün top-komandalar artıq aerodinamik boirularda ikili diffuzorların öz konstruksiyalarını yoxlayırlar, onlar çox güman ki, Bəhreyn və ya Barselonaya hazır olacaq, bu istehsal imkanlarından asılıdır. Onda bu komandaların sürətləri də artacaq.
Bu gün hamını ən azı bir addım qabaqlayan Brawn GP ümid edir ki, liderliyini saxlaya biləcək və İspaniya Qran Prisinə nəsə yneiliklər hazırlayır… Toyota və Williams komandaları da mübahisəli diffuzorlar sayəsində üstünlükq azanıblar və hələlik top-komandaları xallardan mərhum edirlər.
McLaren və Ferrari isə aşkar problemlərlə üzləşiblər. Birinin maşının yavaşdır, üstəgəl öz başlarına qalmaqal açıblar. Komanda daxilində ciddi narazılıqlar var və Lyuisin komandanı tərk etmə ehtimalı çoxdur, çünki onun imicinə xələl dəyib. Qırmızılar da səhv buraxmaqla məşhurlaşıblar, həm də Ferrari F60 etibarlılıqla fərqlənmir. Skuderiya bu vəziyyətdən düzgün istiqamət götürməlidir və mən şübhə etmirəm ki, onlar bunu bacaracaqlar. Neft tankerini okeanda fırlamaq olduqca çətindir, amma titullar qazanmağı bacaran Formula1 komandası istiqamətini də tez dəyişməyi bacarmalıdır.
BMW-nin sürəti Barselonaya nəzərdə tutulmuş yeniliklər kompleksindən sonra artmalıdır. Münhen və Hinvildə eyni vaxtda bir neçə məsələ həll olunur: faktiki olaraq İspaniyada Robert Kubitsa yüngüllşədirilmiş maşın alacaq, bu modernizə olunmuş maşına KERS də qoyulacaq, deyilənlərə görə, diffuzoru da yeni olacaq. Ehtimal edirəm ki, bundan sonra Robert çox sürətli olacaq, o Brawn, Toyota və Williams maşınlarının dalinca gedə bilən sürücülərdən biridir.
Renault az da olsa inkişaf edir, Red Bull isə ilk yarışlardan pis görünmür, buna da səbəb Ədrian Nyuinin növbəti qeyri-adi maşın konstruksiyasıdır. Əgər bu maşına yeni diffuzorlar qoyulsa, maraqlı olacaq – yeni maşın rəqiblərlə müqayisədə udacaq yoxsa uduzacaq?
Əgər sabahkı məhkəmə Ross Braunun xeyrinə qərar qəbul etsə, onda sözsüz ki, Censon Batton titul qazanmaq şansı alacaq: onun hazırkı üstüblüyünü nəzərə alsaq ona çatmaq çətin olacaq. Hətta top-komandalara bunun üçün bütün mövsüm lazım ola bilər.”