C.Batton: “Fasilə verməsəm, infarkt olacam”

Censon Batton mövsümün sonunda Formula1-dən birillik ayrılacaq və britaniyalı bildirib ki, fasilə verməsinin səbəbi üzərindəki təzyiqdir..

F-1.az xatırladır ki, 36 yaşlı sürücü 2018-ci ildə idmana qayıdacağı halda, yenidən McLaren-in şərəfini qoruyacaq.

Batton bildirib ki, doğru zamanda fasilə verib və Formula1-dəki təzyiqə görə yorulub: “Bu mövsüm keçirdiyim bəzi yarışlar karyeramın ən yaxşı yarışları idi. İspaniyadakı sıralanma performansım 2012-ci ildə qazandığım poul dövrəsi qədər güclü idi.

Bolidə oturanda əlimdən gələnin ən yaxşısını etmək istəyirəm və bu, mənim üzərimdə təzyiq əmələ gətirir. Buna görə fasilə vetmək istəyirəm. Bu situasiya insanı yorur. Yaxşı performans göstərirəm, amma fasilə vermədən sona qədər yarışa bilmərəm. İnsan Formula1-də çoxlu təzyiq hiss edir. Buna görə də fasilə verməsəm, infarkt olacam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*