Red Bull sürücülərinin Malayziyada qələbə dublu bukmeykerlərə təsir edib – Britaniyanın məşhur William Hill idarəsinin Çin Qran Prisi ərəfəsində tərtib etdiyi sürücülərin reytinq cədvəllərinə Sebastyan Fettel başçılıq edir, Mark Uebber isə üçüncü yerdədir. “Öküzlərin” sürücülərinin arasına Fernando Alonso girə bilib, Lyuis Həmiltonun qələbə qazanmaq şansı Markla bərabərdir.
Yarışda qələbə (sürücülər):
1. S.Fettel – 2.62
2. F.Alonso – 5.00
3. L.Həmilton, M.Uebber – 6.00
4. C.Batton – 11.00
5. F.Massa – 13.00
6. N.Rosberq – 21.00
7. M.Şumaher, R.Kubitsa – 26.00
8. A.Sutil – 41.00
9. R.Barrikello – 81.00
10. N.Hülkenberq, V.Petrov, S.Buemi – 126.00