Lotus Renault GP komandası heyətindəki sürücü dəyişikliyini təsdiq edib – Spada Nik Haydfeldi Bruno Senna əvəz edəcək. Sabah komanda rəsmi bəyanat yayacaq, 27 yaşlı braziliyalı sürücü isə FİA-nın rəsmi mətbuat konfransında iştirak edəcək.
Bu əvəzləmə barədə söz-söhbət çoxdan gəzirdi. Şayiələrə görə, Haydfeldin komanda ilə müqaviləsində vaxtından əvvəl pozulması şərti var imiş, amma buna səbəb Robert Kubitsanın yarışlara qayıtması ola bilrədi. Brunonun sponsorları tərəfindən maliyyə təminatı da yox idi, ona görə də komandanın bəyanatı son anadək təxirə salınıb.
Bruno Senna Formula1-də keçən il debüt edib və Hispania komandasında 18 Qrn Pri keçirib, bu il Macarıstan Qran Prisinin cümə sərbəst yürüşlərində Lotus Renault GP komandasının heyətində çıxış edib.
Nik Haydfeld isə keçən il olduğu kimi mövsümü yenə də yarımçıq başa vurur, keçən il almaniyalı sürücü Sauber-də Pedro de la Rosanı 5 Qran Pridə əvəz etmişdi, 2011-ci ilin əvvəlində isə ralli qəzasında zədələnmiş Robert Kubitsanın yerinə Lotus Renault GP komandasına çağrılmışdı.
Son aylar komandanın rəhbərliyi Nikin zəif çıxışlarını bir neçə dəfə tənqid etmişdi, amma şayiələr gəzir onun komandadan azad olunmasının maliyyə səbəbləri də var – bu yaxınlarda komandanın həmsahibi Jerar Lopes Braziliyadan olan sərmayədarlarla böyük müqavilə imzalayıb, məhz bundan sonra Bruno komandanın fəal işinə cəlb olunub…