Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.
F-1.az xəbər verir ki, federasiyanın rəsmi saytında güc qurğularının elementlərinin siyahısı dərc edilib. Sabaha bəzi dəyişikliklər planlaşdırılıb.
Qeyd edək ki, mövsümün ortasına çatmamış McLaren sürücüləri artıq yeddinci, bir çox sürücülər isə icazə verilən dördüncü elementlərə keçiblər…
N | Sürücü | Komanda | Motor | İCE | TC | MGU-H | MGU-K | ES | CE |
44 | Lyuis Həmilton | Mercedes AMG | Mercedes | 2 | 2 | 2 | 2 | 2 | 2 |
77 | Valtteri Bottas | Mercedes AMG | Mercedes | 2 | 2 | 2 | 2 | 2 | 2 |
3 | Daniel Rikkardo | Red Bull | TAG Heuer | 3 | 3 | 4 | 2 | 2 | 2 |
33 | Maks Ferstappen | Red Bull | TAG Heuer | 3 | 3 | 4 | 2 | 2 | 2 |
5 | Sebastyan Fettel | Ferrari | Ferrari | 2 | 4 | 3 | 2 | 2 | 2 |
7 | Kimi Rəykkönen | Ferrari | Ferrari | 2 | 3 | 2 | 2 | 2 | 2 |
11 | Serxio Peres | Force İndia | Mercedes | 2 | 2 | 2 | 2 | 2 | 2 |
31 | Esteban Okon | Force İndia | Mercedes | 2 | 2 | 2 | 2 | 2 | 2 |
19 | Felipe Massa | Williams | Mercedes | 2 | 2 | 2 | 2 | 2 | 2 |
18 | Ləns Stroll | Williams | Mercedes | 2 | 2 | 2 | 2 | 1 | 2 |
14 | Fernando Alonso | McLaren | Honda | 5 | 7 | 7 | 5 | 4 | 4 |
2 | Stoffel Vandorn | McLaren | Honda | 4 | 7 | 7 | 4 | 5 | 5 |
26 | Daniil Kvyat | Toro Rosso | Renault | 3 | 3 | 3 | 2 | 3 | 3 |
55 | Karlos Sayns | Toro Rosso | Renault | 3 | 3 | 3 | 3 | 2 | 3 |
8 | Roman Qrojan | Haas | Ferrari | 3 | 4 | 3 | 3 | 2 | 2 |
20 | Kevin Maqnussen | Haas | Ferrari | 3 | 4 | 3 | 3 | 2 | 2 |
27 | Niko Hülkenberq | Renault | Renault | 3 | 3 | 4 | 2 | 3 | 3 |
30 | Colion Palmer | Renault | Renault | 3 | 4 | 4 | 2 | 3 | 3 |
9 | Markus Eriksson | Sauber | Ferrari-2016 | 3 | 3 | 3 | 3 | 2 | 2 |
94 | Paskal Verlyayn | Sauber | Ferrari-2016 | 3 | 3 | 3 | 3 | 2 | 3 |