Bolqarıstan Qran Prisinin keçirilməsi üzrə danışıqlar bu uik-end Spada davam etdiriləcək, Berni Ekklstounla görüşə bolqar nümayəndələri gəliblər. Şayiələrə görə, söhbət onillik müqavilədən gedir, ilk yarış isə 2011-ci və 2012-ci ildə paytaxt ətrafındakı trasda keçirilə bilər…
Boqdan Nikolov, Bolqarıstan Motoİdman Federasiyasının prezidenti: “Berni Ekklstoun və onun komandası Spada Bolqarıstan Qran Prisinin keçirilməsi barədə müqavilə imzalaya bilərlər. Biz tərəfdən görüşdə dövlətin maliyyələşdirmədiyi layihənin səhmdarları iştirak edəcəklər.”