BMW şirkəti hələ Quadbak-la müqavilə imzalamayıb?

Sentyabrın 15-də rəsmən elan olunmuşdu ki, BMW Sauber komandasının yeni sahibi Quadbak sərmayə fondu olacaq, amma komandanın taleyi əvvəlki kimi […]

Sentyabrın 15-də rəsmən elan olunmuşdu ki, BMW Sauber komandasının yeni sahibi Quadbak sərmayə fondu olacaq, amma komandanın taleyi əvvəlki kimi sual altındadır. BMW şirkətinin direktorlar şurasının üzvü Osvald Qrübel İsveçrənin Sonntagszeitung qəzetinə müsahibəsində bildirib ki, hələlik söhbət yalnız “satış niyyətindən” gedir. Almaniyanın Motorsport Total saytı isə şirkətdəki mənbəyə əsasən bildirib ki, müqavilənin imzalanması bəzi şərtlərdən asılıdır və hər şeydən əvvəl sərmayə fondu FİA-nın komandanın gələcəyi barədə son qərarını gözləyir…

Yəni, əgər komanda gələn mövsümün startına buraxılmasa, onun satışı baş tutmayacaq. Hazırda çempionatda mümkün olan 13 yerin hamısı tutulub: sonuncu yerə Malayziya hökumətinin və yerli işgüzar dairələrin dəstələdikləri Lotus komandasının ərizəsi qəbul olunub. Amma FİA elan edib ki, çempionat iştirakçılarının sayının 14-ə çatdırılması üzərində işə başlayıb. Bunun üçün Razılıq Müqaviləsinə müvafiq dəyişikliklər lazımdır, yəni bütün komandaların yekdil razılığı lazımdır, amma artıq Williams və Campos komandaları bu təklifi etirazla qarşılayıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*